Ermənistan parlamenti TRIPP sazişini təsdiqləyib
Ermənistan parlamenti ABŞ-la “Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişini ratifikasiya edib.
Xəbər Experti xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Sənədin lehinə 63, əleyhinə 32 deputat səs verib, bitərəf qalan olmayıb.
Parlament prosedurları başa çatdıqdan sonra ratifikasiya prosesinin yekunlaşdırılması üçün saziş ölkə prezidentinə təqdim ediləcək.










