“İsrailin mümkün hərbi əməliyyatları qaz təchizatını təhdid edir” – İran XİN
“İsrailin Fars körfəzi regionunda mümkün hərbi əməliyyatları beynəlxalq qaz bazarına ciddi zərər vura bilər”.
Xəbər Experti xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, bundan həm qaz tədarükçüləri, həm də istehlakçılar zərər çəkəcəklər.
“İsrailin Fars körfəzində təhrik edə biləcəyi istənilən hərbi avantüranın beynəlxalq bazarlara göstərə biləcəyi dağıdıcı təsir həm qaz tədarükçüləri, həm də istehlakçılar arasında ciddi narahatlıq doğurur”, – Əraqçi “X” hesabında yazıb.
İranın xarici işlər naziri, həmçinin çərşənbə axşamı Moskvada keçirilən Qaz İxrac edən Ölkələr Forumunun (GECF) səkkizinci sammiti çərçivəsində İranın enerji diplomatiyasının inkişaf etdiyini vurğulayıb.
Onun sözlərinə görə, müzakirələr qlobal qaz bazarlarını və enerji təhlükəsizliyi məsələlərini əhatə edib.










