#Dünya

Taylandda yağışlar nəticəsində ölənlərin sayı 60-a çatıb

Taylandda leysan yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 60-a çatıb. 

Xəbər Experti xəbər verir ki, bu barədə Tayland Fəlakətlərin İdarə Edilməsi və Qarşısının Alınması Agentliyi (DDPM) məlumat yayıb.

Bildirib ki, paytaxt Banqkokda və 27 əyalətdə daşqınlar hələ də davam edir və təxminən 1,15 milyon ev təsərrüfatına təsir göstərir.

Tayland Meteorologiya Agentliyi əhaliyə xəbərdarlıq edib ki, 9-13 oktyabr tarixləri arasında ölkənin şimal, şimal-şərq, mərkəzi, şərq və cənub hissələrində güclü yağış, güclü külək və dolu gözlənilir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir