#Dünya

73 yaşlı qadın Kosovonun yeni prezidenti oldu

Kosovo Parlamentində keçirilən səsvermədə Kosovo Elmlər və İncəsənət Akademiyasının (ASHAK) prezidenti, 73 yaşlı Justina Şiroka Pula ölkənin yeni prezidenti seçilib. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, səsvermədə 120 millət vəkilindən 84-ü iştirak edib. Şiroka Pula 81 səs qazanıb və qalib elan olunub.

Beləliklə, Şiroka Pula Kosovonun yeni prezidenti seçilib. Səsvermə başa çatdıqdan sonra Şiroka Pula Baş Assambleya zalına gələrək and içib.

Çıxışında o, bütün Kosovo vətəndaşlarının prezidenti olacağını və bütün gücünü ölkənin  müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağa həsr edəcəyini bildirib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir