Sabah Astarada qaz olmayacaq

Sabah Astara şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Astara şəhərinin qaz təchizatı dayandırılacaq.

Balakəndə Ağır Yol Qəzası: 3 Nəfər Həyatını İtirib, 2 Yaralı Var

Balakən rayonunda insan tələfatı ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. “Toyota” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində “Toyota”nın sürücüsü Rəşad Mütəllibov, onun anası — 52 yaşlı Pərvanə Məmmədova və “Hyundai”ın sürücüsü Məryəm Hoorsova hadisə yerində dünyasını dəyişiblər. Qəza zamanı “Toyota”da olan sərnişin 51 yaşlı Yaşar Mütəllibov və “Hyundai”dakı sərnişin 61 yaşlı Şərif Soltanov müxtəlif […]

Çingiz Əlioğlu ilə vida mərasimi keçirilir

Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu ilə Təzə Pir məscidində vida mərasimi keçirilir. Xəbər Experti-nin məlumatına görə, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyətin təmsilçiləri, mərhumun ailə üzvləri, media nümayəndələri iştirak edirlər.

Litvanın Baş naziri İlham Əliyevə zəng edib

Litvanın Baş naziri Mindaugas Sinkeviçyus Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı son dövrlərdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd edilib. Bu xüsusda, Litvanın sabiq Baş naziri İnqa Ruqinienenin bu ilin aprelində Azərbaycana səfəri […]

Səhiyyə Nazirliyi lisenziyasız fəaliyyət göstərən kosmetoloqla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib

Səhiyyə Nazirliyi lisenziyasız fəaliyyət göstərən kosmetoloqla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Xəbər Experti xəbər verir ki, bu barədə nazirliyin Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb. Bildirilib ki, kosmetoloji fəaliyyətlə məşğul olan fərdi sahibkar Canlı Elnarə Fəxrəddin qızının fəaliyyəti ilə bağlı AEM-ə daxil olmuş vətəndaş müraciətləri və mediada yayılan məlumatlar əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq bir […]

Bakıda Yanacaq Çənində Yanğın Baş Verib

Paytaxtın 8 Noyabr prospekti ərazisində yanacaq çənində yanğın hadisəsi qeydə alınıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi və alovun ətraf ərazilərə yayılmasının qarşısının alınması istiqamətində operativ əməliyyat tədbirləri davam etdirilir. Hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat veriləcək.

Küləkli Hava Şəraiti İlə Bağlı Sarı Xəbərdarlıq Verilib

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, avqustun 10-da Bakıda, Abşeron yarımadasında və bir sıra bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib. Sarı xəbərdarlığa uyğun olaraq, paytaxt və Abşeronla yanaşı, Naxçıvan MR, Cəbrayıl, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran və Qusarda şimal-qərb küləyinin əsəcəyi, sürətinin isə 13.9-20.7 m/san […]

Şəmkirdə Bədbəxt Hadisə: Elektrik Cərəyanı İnsan Həyatına Son Qoyub

Şəmkir rayonunun Aşağı Seyfəli kəndində ölümə səbəb olan bədbəxt hadisə qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Ə.Abdıyev elektrik dirəyində iş apararkən onu elektrik cərəyanı vurub. Zərbə nəticəsində 62 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerindəcə həyatını itirib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Şair və tərcüməçi Çingiz Əlioğlu bu gün səhər saatlarında 82 yaşında vəfat edib. Xəbər Experti xəbər verir ki, şairin vəfatı barədə məlumatı Azərbaycan Yazıçılar Birliyi təsdiqləyib. 1944-cü ildə Füzulidə anadan olan Çingiz Əlioğlu uzun illər Azərbaycan ədəbiyyatına, poeziyasına və nəşriyyat işinə xidmət edib. O, 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, 2005-ci ildə “Əməkdar incəsənət […]

Bakı Təşəbbüs Qrupu Dünya Yerli Xalqlar Günü münasibətilə paylaşım edib

Bakı Təşəbbüs Qrupu (BTQ) 9 Avqust – Dünya Yerli Xalqlar Günü münasibətilə paylaşım edib. Xəbər Experti xəbər verir ki, təşkilatın açıqlamasında dünyanın müxtəlif bölgələrində yaşayan yerli xalqların mədəniyyətinə, kimliyinə və hüquqlarına diqqət çəkilib. BTQ Kanakidə (Yeni Kaledoniya) yaşayan kanaklar, Maohi Nuidə (Fransız Polineziyası) yaşayan maohilər, Qvadelupa və Martinikdəki kalinaqo və digər yerli xalqlar, həmçinin Fransız […]