Bakıda Yanacaq Çənində Yanğın Baş Verib
Paytaxtın 8 Noyabr prospekti ərazisində yanacaq çənində yanğın hadisəsi qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi və alovun ətraf ərazilərə yayılmasının qarşısının alınması istiqamətində operativ əməliyyat tədbirləri davam etdirilir. Hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat veriləcək.








