Küləkli Hava Şəraiti İlə Bağlı Sarı Xəbərdarlıq Verilib
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, avqustun 10-da Bakıda, Abşeron yarımadasında və bir sıra bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib.
Sarı xəbərdarlığa uyğun olaraq, paytaxt və Abşeronla yanaşı, Naxçıvan MR, Cəbrayıl, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran və Qusarda şimal-qərb küləyinin əsəcəyi, sürətinin isə 13.9-20.7 m/san təşkil edəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, avqustun 10-da Bakıda, Abşeron yarımadasında və bir sıra bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib.
Sarı xəbərdarlığa uyğun olaraq, paytaxt və Abşeronla yanaşı, Naxçıvan MR, Cəbrayıl, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran və Qusarda şimal-qərb küləyinin əsəcəyi, sürətinin isə 13.9-20.7 m/san təşkil edəcəyi gözlənilir.







