#Futbol

“Qarabağ”ın “Tvente” ilə oyunlarının hakimləri açıqlandı

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə qarşı keçirəcəyi oyunların hakimləri müəyyənləşib. 

Xəbər Experti xəbər verir ki, Enshededə keçiriləcək ilk oyununu albaniyalı hakimlər idarə edəcək.

Qarşılaşmanın baş hakimi Yucin Caya olacaq. Ona həmyerliləri Rejdi Avdo və Mario Şazivari kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Emanuela Rusta yerinə yetirəcək.

VAR-da italyan Canluka Aureliano, AVAR-da albaniyalı Albert Doda olacaq.

Qarşılaşma avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Bakıda keçiriləcək cavab matçı isə Norveçdən olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Rohit Saqqiyə həmyerliləri Anders Olav Dale və Ole Andreas Haukasen kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Marius Hansen Qrotta yerinə yetirəcək.

VAR-da Kristoffer Haqenes, AVAR-da avstriyalı Alan Kijas olacaq.

“Qarabağ” – “Tvente” oyunu avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir