Kiyevə Endirilən Zərbədən Sonra Anbar Yanır: Yanğınsöndürənlər Əraziyə Cəlb Olunub
Ukraynanın paytaxtı Kiyev vilayətinə endirilən növbəti hava zərbəsi nəticəsində iri anbar kompleksində güclü yanğın başlayıb.
Hadisə yerinə dərhal Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin (DSNS) xilasetmə və yanğınsöndürmə briqadaları cəlb olunub. Alovun ətraf tikililərə yayılmasının qarşısını almaq və yanğını tam söndürmək istiqamətində operativ əməliyyat tədbirləri davam etdirilir.










