Hörmüz boğazında daha iki tanker minaya düşüb

Hörmüz boğazından keçərkən daha iki neft tanker minaya düşüb.  Xəbər Experti xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu məlumat yayıb. Bildirilib ki, minaya düşdükdən sonra hər iki tankerdə yanğın baş verib. Açıqlamada əlavə edilib ki, ABŞ tərəfindən hazırlanmış iki kamikaze dronu bölgədə elektron müharibə sistemlərindən istifadə edilərək təhlükəsiz şəkildə vurulub.

Kolumbiyada polis bölməsində partlayış – 1 ölü, 6 yaralı

Kolumbiyanın cənubundakı Kauka inzibati bölgəsindəki polis bölməsinə bombalı hücum təşkil edilib.  Xəbər Experti Kolumbiya mediasına istinadən xəbər verir ki, El Estreço şəhərindəki polis bölməsinə şiddətli partlayış törədilib. Nəticədə bir nəfər ölüb, altı nəfər isə yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Partlayış yaxınlıqdakı evlərə, müəssisələrə və binalarına ciddi ziyan vurub. Hücumdan sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Nyu-Yorkda evdə yanğın – 6 nəfər həlak olub

Nyu-Yorkun Bruklin şəhərində iki mərtəbəli evdə güclü yanğın baş verib. Xəbər Experti xəbər verir ki, bu barədə Nyu-York Yanğından Mühafizə İdarəsi məlumat yayıb. Açıqlamada yanğının Bruklinin Sanset Park məhəlləsindəki iki mərtəbəli evdə gecə saatlarında baş verdiyi bildirilib. 200-dən çox yanğınsöndürən hadisə yerinə gəlib və üç saatdan sonra yanğın nəzarət altına alınıb. Hadisə nəticəsində üç yanğınsöndürən […]

Ermənistan parlamenti Azərbaycan əsgəri ilə bağlı qapalı müzakirə keçirib

Ermənistan parlamenti noyabrın 5-də Sünik vilayətinin Şaki kəndində saxlanılan Azərbaycan əsgəri ilə bağlı hadisəni müzakirə edib. Xəbər Experti erməni mediasına istindən xəbər verir ki, müzakirə Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyanın təşəbbüsü ilə baş tutub və qapalı formatda keçirilib.  İclasda müdafiə naziri Suren Papikyan, daxili işlər naziri Arpine Sarkisyan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik […]

Aİ Ukraynaya 4,36 milyard avro ayırıb

Avropa Komissiyası 2026 və 2027-ci illəri əhatə edən 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsində Kiyevə 4,36 milyard avro vəsait köçürüb.  Xəbər Experti xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilir. Qeyd olunur ki, ayrılan vəsaitin 3,7 milyard avrosu büdcəyə makromaliyyə yardımı, 658 milyon avrosu isə hərbi təchizat, o cümlədən pilotsuz uçuş aparatları, zərbə raketləri, […]

Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Gəncədə, Heydər Əliyev Park-Kompleksində Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə veloyürüş keçirilib. AZVİF-dən verilən məlumata görə, startdan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ROEQİUGVM-nin Gəncə bölməsinin idmançıları, tələbə və […]

Prezident “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”ni təsdiqləyib

Prezident İlham Əliyev oktyabrın 23-də qəbul etdiyi “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi qanunu imzalayıb. Xəbər Experti xəbər verir ki, bununla da, Beynəlxalq Telekommunikasiya İttifaqının 2023-cü il 20 noyabr – 15 dekabr tarixlərində baş tutmuş Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları ilə qəbul olunmuş “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri” Azərbaycan Respublikasının […]

“İrəvan Aİİ-dən çıxmaq niyyətində deyil, lakin Aİ-na üzvlük üçün müraciət edəcək” – Paşinyan

“Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağa hazırlaşmır”. Xəbər Experti xəbər verir ki bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə jurnalistlərə deyib. “Biz xalqa vəd etdiyimiz kimi, alternativin formalaşdırılmasına hazırlığa başlamışıq. Məqsəd xalqın seçim imkanına malik olmasıdır. Aİİ-dən çıxmaq niyyətində deyilik, lakin ittifaqdakı həmkarlarımız referendumun müəyyənləşdirilməsi və keçirilməsi məsələsini gündəmə gətirirlər”, – Paşinyan bildirib. Onun sözlərinə […]

“Şamaxı”nın futbolçusu milliyə dəvət aldı

“Şamaxı”nın futbolçusu Abdul Raşid Mumini Benin millisinin qarşıdakı oyunları üçün heyətə dəvət olunub.  Xəbər Experti xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Mərkəzi Afrika Respublikası millisinə qarşı keçiriləcək oyunlar üçün Benin millisinin heyətinə çağırılıb.

Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

Noyabrın 4-də Estoniyanın paytaxtı Tallin şəhərində Estoniya-Azərbaycan Hökumətlərarası Komissiyasının dördüncü iclası keçirilib. Xəbər Experti xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov məlumat paylaşıb. Məlumata görə, iclasda iki ölkə arasında nəqliyyat, logistika, ticarət, rəqəmsal inkişaf və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Həmçinin süni intellekt, rəqəmsal hökumət, texnoloji sahibkarlıq və regional […]