Karapetyan Paşinyanı məhkəməyə verib
“Güclü Ermənistan” partiyasının lideri və iş adamı Samvel Karapetyan Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı məhkəmədə iddia qaldırıb.
Xəbər Experti xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Karapetyan Paşinyandan ictimai şəkildə üzr istəməsini və 3 milyon dram (təxminən 8 min dollar) təzminat tələb edir.
Onun başqa bir tələbi isə Paşinyanın bu il mayın 29-da canlı yayımda sosial media səhifəsində verdiyi açıqlamaları təkzib etməsi ilə bağlıdır.
İddianın qaldırılmasına Paşinyanın məhkəmədə Karapetyana “göbələk yedizdirəcəyi” ilə bağlı açıqlaması səbəb olub.
Xatırladaq ki, Karapetyan və Paşinyanın artıq iki hüquqi mübahisəsi var, lakin Paşinyan hər ikisində iddiaçıdır. 2026-cı ildə o, Karapetyana qarşı iki məhkəmə iddiası qaldırıb: birincisi 7 mayda “hallüsinasiya yaradan göbələklər”lə bağlı iddialara dair, ikincisi isə 25 mayda Kanadada evə sahib olması iddialarla bağlı. Hər iki halda Paşinyan ictimaiyyət qarşısında təkzib verilməsini və hər iddia üçün 6 milyon dram təzminat tələb edib.








