Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib

Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib. Xəbər Experti xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiq edib. Qeyd edək ki, 2026-cı il mayın 19-da Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası […]

Türkiyədə sərnişin avtobusu aşdı – 31 yaralı

Kütahya-Afyonkarahisar yolunun 36 km-də sərnişin avtobusu qəzaya uğyayıb. Xəbər Experti Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. İstanbuldan Kuşadasına gedən avtobus sürücünün idarəetməsində çıxaraq beton baryerlərə çırpılıb və aşıb. 31 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Qeyd edək ki, qəza üzündən bir müddət Afyonkarahisar istiqamətində […]

“Euronews” Prezident İlham Əliyevin Almaniya səfərini geniş işıqlandırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri və səfər çərçivəsində imzalanan sənədlər Avropa mediası tərəfindən diqqətdə saxlanılıb. “Euronews” telekanalının saytında Azərbaycan Prezidentinin Almaniyada keçirdiyi görüşlər geniş işıqlandırılıb. Nəzərə çatdırılıb ki, tərəflər strateji tərəfdaşlıq haqqında birgə bəyannamə və enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya, elm və texnologiya sahələrini əhatə edən bir sıra müqavilələr imzalayıblar. Qeyd olunub ki, […]

Nyu-York birjasında təbii qazın dəyəri artıb

Nyu-Yorkun “NYMEX” əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Xəbər Experti xəbər verir ki, 2026-cı ilin avqust ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,24% artaraq 2.87 ABŞ dolları təşkil edib.

Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən bəzi liftlərin fəaliyyəti dayandırılıb

Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən, “Qayğı” MTK-ya məxsus yaşayış binasının 6 ədəd liftində plan üzrə yoxlama aparılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Yoxlama zamanı liftlərin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi, həmçinin insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub. Qeyd edilənlər nəzərə alınaraq, liftlərin istismarı dayandırılıb […]

Azərbaycanda bir sığorta agentinin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarına əsasən Məmmədov Rizvan Qasım oğluna sığorta agenti fəaliyyətinə verilmiş 1 iyun 2009-cu il tarixli, 000129 nömrəli lisenziya ləğv edilib. Bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, onun lisenziyası “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.8-ci maddəsinə əsasən (lisenziya sahibinin məqbul və lazımi keyfiyyətlərə malik olmaması və yaxud ölməsi) ləğv […]

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

İyulun 21-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 108, o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı […]

Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib

Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib. Xəbər Experti xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə”yə dəyişiklik edib. Qərara əsasən, su obyektlərinin dövlət monitorinqi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən, balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatının monitorinqi aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Kənd Təsərrüfatı […]

Azərbaycan ilə Pakistan arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq daha da genişləndirilir

Pakistanın hüquq və ədliyyə naziri Barrister Aqeel Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Ali Məhkəmədə olub. Bu barədə Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, nümayəndə heyətini salamlayan Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, […]

Cari ilin altı ayında qanunsuz çıxarılan 57 nəfər əvvəlki işinə bərpa edilib

Azərbaycanda yanvar-iyun ayı ərzində 57 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib. Xəbər Experti xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Belə ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar. Sözügedən dövr ərzində işəgötürənlər tərəfindən sosial xarakterli […]