XİN rəhbərinin müavini Nyu-York şəhərində səfərdə olub

13-17 iyul tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun nazirlər seqmentində iştirak etmək məqsədilə Nyu-York şəhərində səfərdə olub. XİN-dən verilən xəbərə görə, nazirlər seqmentində çıxışı zamanı Fariz Rzayev Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə sadiqliyini təsdiqləyərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində əldə olunmuş irəliləyişlərdən […]

Gəmi kapitanının nəşi ölkəyə gətirilir – XİN

Odessa yaxınlığında vurulan gəminin kapitanının cənazəsi Azərbaycana yola salınıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. “Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən görülmüş müvafiq konsulluq tədbirləri və əlaqələndirmə işləri nəticəsində 17 iyul tarixində “Atlas Bey” gəmisinin kapitanı Səməd Nəsrullayevin cənazəsi ölkəmizə yola salınıb. Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı […]

Ötən gün borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılıb

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 111 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bundan başqa, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə […]

Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri ərazisində vətəndaşın Gəncə çayına yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1988-ci il təvəllüdlü Şirinov Qoşqar Arif oğlu ehtiyatsızlıqdan çay dərəsinə yıxılıb […]

Yabanı halda bitmiş 1,3 tona yaxın çətənə kolu məhv edilib

Azərbaycanda ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 1,3 tona yaxın çəkidə 8209 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Ümumi çəkisi 3,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası çərçivəsində Özbəkistanda bir sıra görüşlər keçirib. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Firudin Qurbanov Özbəkistanın məktəbəqədər və ümumi təhsil nazirinin müavini Farxod Bokiyev ilə görüşüb. Görüşdə məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlığın inkişafı, STEAM əsaslı […]

3,5 kiloqramdan artıq narkotik vasitə, 8 mindən çox çətənə kolu aşkarlanıb –  DİN

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 17-də ümumi çəkisi 3,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən qətiyyətli mübarizə tədbirləri davam etdirilir. Bundan başqa, yabanı halda bitmiş 1,3 tona yaxın çəkidə 8209 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Hər […]

Ağstafada şair-publisist Barat Vüsalın 75 illik yubileyi qeyd olunub

Ağstafada Əməkdar incəsənət xadimi, tanınmış şair, publisist Barat Vüsalın 75 illik yubileyi qeyd olunub. Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən yubiley gecəsində əvvəlcə yubilyarın həyat və yaradıcılığından bəhs edən videoreportaj nümayiş olunub. Çıxışlarda bildirilib ki, Barat Vüsalın yaradıcılığına nəzər saldıqda onun canı, qanı və qayəsinin vətən, millət, torpaq olduğu aydın görünür. Onun həm də böyük […]

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 3,8 milyon ABŞ dolları dəyərində 506 ton dondurma idxal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 25 % çoxdur. Hesabat dövründə Azərbaycan Türkiyədən 1,9 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 23 % çox) 220 […]

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlanıb

Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 14 tüfəng və 5 patron aşkar edilərək götürülüb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bundan başqa, narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.