Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Konfrans iştirakçıları üçün mediatur təşkil edilib

“Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda keçirilən konfrans iştirakçıları üçün iyulun 17-də Qubaya mediatur təşkil edilib.  Xəbər Experti xəbər verir ki, mediaturun məqsədi iştirakçıları Azərbaycanın zəngin dini-mədəni irsi, tarixən formalaşmış tolerantlıq ənənələri və müxtəlif dini konfessiyaların ölkəmizdə sərbəst fəaliyyəti üçün yaradılmış şəraitlə yaxından tanış etmək olub. Qonaqlar əvvəlcə Quba şəhərində yerləşən […]

Azərbaycanda “Birliyin Gücü – 2026” hərbi təlimi keçiriləcək

Azərbaycanda təşkili nəzərdə tutulan “Birliyin Gücü – 2026” birgə hərbi təlimin planlaşdırma konfransı keçirilib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən konfransda Azərbaycanla yanaşı Türkiyə, İran, Qırğızıstan, Özbəkistan və Pakistanın nümayəndə heyətləri iştirak ediblər. Qonaqları salamlayan general-leytenant Azər Əliyev ölkələrimiz arasında hərbi əməkdaşlığın […]

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib

Bu gün Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi olub. Xəbər Experti APA-ya istinadən xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, AYB nümayəndələri, Türk dünyasından yazıçı və şairlər iştirak ediblər. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin qarşısında […]

AMEA Naxçıvan Bölməsində yubiley tədbiri keçirilib

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Qasımovun 50 illik və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyevanın 60 illik yubileyləri qeyd olunub. Xəbər Experti xəbər verir ki, tədbiri giriş sözü ilə […]

Azərbaycanın xor sənəti İstanbulda beynəlxalq festivalda təqdim olunub

Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xoru Türkiyənin İstanbul şəhərində keçirilən IV Beynəlxalq İstanbul Xor Festivalında uğurla iştirak edərək Azərbaycanı beynəlxalq musiqi platformasında layiqincə təmsil edib. Mərkəzdən bildirilib ki, “Dünyanın səsləri İstanbulda birləşir!” şüarı ilə təşkil olunan festival Türkiyədən və dünyanın müxtəlif ölkələrindən peşəkar və həvəskar xor kollektivlərini bir araya gətirib. Festivalın konsert proqramları İstanbulun […]

DYP Tərtərdə ər-arvadın öldüyü yol qəzası barədə məlumat yayıb

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Tərtərdə dünən iki nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb. Xəbər Experti İdarədən verilən məlumata görə, ötən gün saat 16 radələrində, Tərtər rayonunun Təzəkənd kəndinin ərazisində Bərdə rayon sakini 64 yaşlı Adil Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn Əzim Əhmədovun idarə […]

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atıldı

Bu gün Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. Xəbər Experti xəbər verir ki, 12 komandanın iştirak edəcəyi yarış 3 dövrədən ibarət olacaq.  Tədbirdə əvvəlcə 1 və 2-ci dövrələrin, daha sonra isə 3-cü dövrənin püşkü atılıb Yeni mövsümü startı isə avqustun 14-də olacaq.  Püşkün nəticəsinə əsasən, ilk turda aşağıdakı komandalar üz-üzə gələcək: “Turan Tovuz” […]

“Bakı və Moskva münasibətlərin tam normallaşmasına nail olub” – XİN başçısı

“Bakı ilə Moskva arasında münasibətlər müttəfiqlik əməkdaşlığı ilə xarakterizə olunur”. Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib. “Ölkələrimiz arasındakı münasibətlər müttəfiqlik əməkdaşlığı ilə xarakterizə olunur. Xalqlarımız arasında çox güclü, sıx əlaqələr mövcuddur ki, bu da öz növbəsində dövlətlərarası münasibətlərin […]

“Bakı ilə İrəvan arasında de-fakto sülh mövcuddur” – Ceyhun Bayramov 

“Azərbaycan və Ermənistan arasında faktiki olaraq sülh mövcuddur”. Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib. “Bu gün əminliklə deyə bilərik ki, Bakı ilə Yerevan arasında de-fakto sülh mövcuddur. Azərbaycan tərəfinin sülh təşəbbüsləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə […]