Təyyarə havada ikən ildırım vurdu
Hindistanda Patna-Lanqhau reysi ilə uçan İndiG aviaşirkətinə məxsus təyyarəni ildırım vurub.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə təyyarənin burun hissəsi zədələnib.
Pilotlar zədənin dərəcəsindən məlumatlı olmasalar da, nəqliyyat vasitəsini çətinliklə Çaudhari Çaran Sinqh beynəlxalq hava limanına sağ-salamat endirə biliblər.
Qeyd edək ki, göyərtədə olan 104 sərnişin və 6 ekipaj üzvündən heç biri xəsarət almayıb.










