#Maraqlı

Günəşdə daha bir güclü partlayış

Dünən Günəşdə M6.7 sinfinə aid güclü partlayış baş verib.

Xəbər Experti Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutu sosial şəbəkə hesabında paylaşım edib.

Partlayış Günəş diskinin mərkəzinə yaxın hissədə olub və Yerə təsir etmə ehtimalı böyükdür. Amma müşahidələr Yer istiqamətinə dalğa axınının olmadığını göstərir.

Qeyd edək ki, bu, avqustun 25-dən bəri Günəşdə baş verən ən güclü partlayışdı. Həmin vaxt partlayış M6.9 sinfinə aid edilmişdi.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir