#Ölkə

Şəmkirdə Bədbəxt Hadisə: Elektrik Cərəyanı İnsan Həyatına Son Qoyub

Şəmkir rayonunun Aşağı Seyfəli kəndində ölümə səbəb olan bədbəxt hadisə qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Ə.Abdıyev elektrik dirəyində iş apararkən onu elektrik cərəyanı vurub. Zərbə nəticəsində 62 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerindəcə həyatını itirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir