Rusiya və Ukrayna “270-in 270-ə” formulu ilə əsir mübadiləsi aparıb
Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi aparılıb.
Xəbər Experti xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 23-də Kiyev 270 rusiyalı hərbçini geri qaytarıb. Əvəzində Ukrayna Silahlı Qüvvələrinin 270 hərbi əsiri təhvil verilib. Geri qaytarılan rusiyalı hərbçilər hazırda Belarus Respublikasının ərazisindədirlər. Onlarla Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova işləyir. Əlavə edilib ki, lazımi psixoloji və tibbi yardım göstərildikdən sonra rusiyalı hərbçilər sonrakı müalicə və reabilitasiya üçün Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrinə çatdırılacaqlar.










