#Dünya

Rusiya Kiyev və Xarkova zərbələr endirdi – 8 ölü

Rusiya hərbi qüvvələri Ukraynanın paytaxtı Kiyevə ballistik raketlər və dronlarla zərbələr endirib. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, hücumlar nəticəsində 2 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Ukrayna polisindən verilən açıqlamada bildirilib ki, şəhərdə çoxsaylı partlayışlar eşidilib və doğum evi istisna olmaqla, üç rayonda doqquz ev, poçt şöbəsi, anbarlar və onlarla nəqliyyat vasitəsinə ziyan dəyib.

Xarkov vilayətindəki Stara Qnilitsyada tərəvəz anbarının hədəfə alınması nəticəsində isə 6 nəfər həlak olub, ən azı 10 nəfər yaralanıb.

Qara dəniz limanı olan Odessada Rusiya hücumları nəticəsində bir səhiyyə müəssisəsinə ziyan dəyib, yaxınlıqdakı evlərin və bir məktəbin pəncərələri sındırılıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir