#Dünya

Ruminiya ərazisinə naməlum PUA düşdü

Bu gecə Rumıniyanın Ukrayna ilə sərhədi yaxınlığına naməlum PUA düşüb.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirliyi məlumat yayıb.

PUA Bakı vaxtilə 04.21-də Qalats şəhərindən 13 km şərqdə insanların yaşamadığı ərazidə partlayıb. Partlayışdan sonra yanğın baş verib.

Məlumatda həmçinin, PUA-nın ölkə sərhədini keçməsindən sonra İspaniya HHQ-ə məxsus 2 F-18 qırıcısı tərəfindən izləndiyi, Rumıniya HHQ-ə məxsus IAR-330 SOCAT hərbi helikopterinin ərazidə kəşfiyyat apardığı da bildirilir. Hadisədən sonra əraziyə təhlükəsizliyi təmin etmək məqsədilə hərbçi-ekspertlər də göndərilib.

Qeyd edək ki, 4 gün əvvəl də naməlum PUA Rumıniya sərhədini keçmişdi. Həmin vaxt İspaniyaya məxsus 2 F-18 aparatı havada zərərsizləşdirmişdi.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir