Mərkəzi Afrika Respublikasında mədən faciəsi – 30 işçi həlak olub
Mərkəzi Afrika Respublikasının Kamerun sərhədinə yaxın Zamboye kəndində qızıl mədənində torpaq sürüşməsi baş verib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 30 mədənçi həlak olub. Həmçinin onlarla işçi dağıntılar altında qalıb.
Axtarış-xilasetmə qruplarının dağıntılar altından çıxardıqları yaralılar müalicə üçün xəstəxanaya aparılıblar.










