Qvineyada “zibil dağı” 30 nəfərin ölümünə səbəb oldu
Paytaxt Konakri yaxınlığında məişət tullantılarının yığıldığı ərazidə faciə baş verib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, “zibil dağı” yaşayış evlərinin üzərinə uçub.
Dünən Dar-es-Salam rayonunda yaşanmış olayda bir neçə ev zibil altında qalıb. Ölənlərdən başqa 22 nəfər yaralanıb. Əraziyə xilasedicilər və hərbçilər cəlb olunub. Onlar zibil qalıqlar altında sağ qalanların axtarışını aparır. Xilasedicilərin bildirdiyinə görə ölü sayının artacağı dəqiqdir.
Qeyd edək ki, hadisə güclü yağış zamanı gecə saatlarında baş verib. Hadisə yerinə Qvineyanın baş naziri Mamadu Uri Ba baş çəkərək vəziyyətlə yerində tanış olub.










