#Ölkə

“PeşəFest – 2026” Gəncədə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 2023-cü ildən etibarən davam edən layihəsi əsasında hər il respublikanın müxtəlif şəhər və rayonlarında həyata keçirdiyi “Peşə öyrən, gələcəyini qur!” devizi altında təşkil edilən festivalar əsasən şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə dəstək olmaq məqsədi daşıyır.​ Bu ilin sentyabrından start götürən “PeşəFest-2026” silsiləsindən növbəti görüş  Sumqayıt, Quba, Qax və Mingəçevirdən sonra Gəncədə baş tutub.

Festival çərçivəsində yönləndirmə məqsədi ilə əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunub. Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi – IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX (sayt, tətbiq) dizayneri istiqamətlərini əhatə edib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir