Oktyabrda səyyar “ASAN xidmət”in fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
Oktyabrın 1-29-da Beyləqanda, Siyəzəndə, İsmayıllıda, Yevlaxda, Lökbatanda və Xırdalanda, 1-7-də Cəbrayılda, 1-14-də Samuxda və Lerikdə, 12-29-də Füzulidə, 16-29-də Göygöldə və Yardımlıda vətəndaşlara səyyar xidmət göstəriləcək.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.
Cəbrayıl, Füzuli, Lerik, Beyləqan və Yardımlıda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobuslarında isə iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.










