Peruda güclü zəlzələ
Dünən Bakı vaxtı ilə 22.00 radələrində Perunun cənubunda dağlıq ərazidə 7,2 bal gücündə güclü zəlzələ baş verib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Korakora şəhərindən 35 km şimalda, 108 km dərinlikdə yerləşib.
Dağıntılar və insan tələfatı barədə məlumat verilmir.










