Lavrov İrana səfər edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana səfər edib.
Xəbər Experti xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunub ki, Lavrov xarici işlər naziri Abbas Əraqçi ilə Fars körfəzi bölgəsində gərginliyin azaldılması istiqamətində atılacaq addımları müzakirə edəcək.
Səfər çərçivəsində Lavrovun İran Prezidenti Məsud Pezeşkian ilə də görüşü nəzərdə tutulub.










