#Dünya

Fransada bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək

Fransada iğtişaşlar fonunda oktyabrın 19-u axşam saatlarında bəzi ərazilərdə komendant saatı tətbiq ediləcək.

Xəbər Experti xəbər verir ki, bu barədə Baş nazir Sebastyan Lekornü açıqlama verib.

O bildirib ki, bu axşam müəyyən ərazilərdə komendant saatı tətbiq etmək barədə göstəriş verib. Lekornü məhdudiyyətlərin əsasən əmlakın və mağazaların qorunmasına yönələcəyini izah edib. 

Qərar oktyabrın 17-də yaşayış xərclərinin yüksək olmasına qarşı keçirilən etirazların iğtişaşlara çevrilməsindən sonra qəbul edilib. Bir neçə şəhərdə toqquşmalar, dağıntılar və mağazaların talan edilməsi halları baş verib.

Oktyabrın 19-da səhər saatlarında Baş nazir dəymiş zərəri qiymətləndirmək və növbəti tədbirləri müzakirə etmək üçün iclas keçirib.

Fransada bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək

Lavrov İrana səfər edib

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir