İsveçrədə 34 il əvvəl itkin düşmüş alpinistlərin qalıqları tapılıb
Alp dağlarında 1992-ci ildə itkin düşmüş 2 alpinistin qalıqları tapılıb.
Xəbər Experti CBS News telekanalına istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat verib.
Qalıqlar İtaliya ilə sərhəd yaxınlığındakı Trift buzlağında aşkarlanıb.
İyulun 26-da bir nəfər adıçəkilən ərazidə insan qalıqlarını olması barədə Vallis polisinə məlumat verib. Qalıqlar Syondakı Vallis Məhkəmə-Tibbi İnstitutuna gətirilib və DNT analizləri aparılıb. İlkin ehtimalla tapıntı 1992-ci ildə Vaysmis rayonunda itkin düşmüş 2 belçikalı alpinistə məxsusdur. 34 il buz altında qalmış meyitlər buzlağın əriməsi səbəbindən üzə çıxıb.
Qeyd edək ki, Vallis polisi 1925-ci ildən bu yana dağlıq ərazilərdə və çaylarda itkin düşmüş insanları siyahıya alıb. Siyahıda 300 civarında alpinist və turistin adı var.










