#Dünya

“İsrail Flydubai reysi üzrə insident barədə xəbərdarlıq almayıb” – Netanyahu

“İsrail Təl-Əvivə uçan Flydubai təyyarəsində baş verən insdent təhlükəsi ilə bağlı heç bir kəşfiyyat məlumatı və ya xəbərdarlıq almayıb”.

Xəbər Experti xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu CNN-ə müsahibədə bildirib.

“Hizbullah və HƏMAS-ın  İsrailə və xaricdəki vətəndaşlarımıza hücumlar planlaşdırdığı barədə çoxlu məlumatlar daxil olur. Amma bu hadisə ilə bağlı hər hansı konkret xəbərdarlıq aldığımızı deyə bilmərəm”, – Baş nazir söyləyib.

Əlavə edib ki, İsrail hücum edən pilotun dindirilməsində iştirak etmək niyyətindədir.

“İsrail Flydubai reysi üzrə insident barədə xəbərdarlıq almayıb” – Netanyahu

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir