“Sülh sazişinin imzalanması və ratifikasiyası hökumətin əsas prioritetlərindən olmalıdır” – Paşinyan
“Ermənistan hökuməti cəmiyyətin sülhə olan etimadını yekun nəticəyə — sülh sazişinin imzalanması və ratifikasiyasına çatdırmalıdır”.
Xəbər Experti xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, iqtisadi fəallıq və daşınmaz əmlak bazarındakı göstəricilər vətəndaşların nikbinliyindən xəbər verir:
“İqtisadiyyat böyük ölçüdə insanların gözləntiləri və əhval-ruhiyyəsi ilə bağlıdır. İqtisadi göstəricilər mediada yayılan pessimist qiymətləndirmələrə baxmayaraq, cəmiyyətdə sülhə olan inamın mövcudluğunu göstərir. Sülh artıq reallığa çevrilib, lakin hələ tam şəkildə institusionallaşmayıb. Hökumət insanların gözləntilərini doğrultmalı və prosesi sona çatdırmalıdır”.
Paşinyan əlavə edib ki, artıq aralıq mərhələyə çatılıb: “Biz yekun mərhələyə doğru irəliləməliyik”.










