Husilər gəmiyə hücum edib – üç nəfər ölüb
Yəmənin husi üsyançıları Bab əl-Məndəb boğazında ticarət gəmisinə hücum ediblər.
Xəbər Experti xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb.
Hadisə nəticəsində ikisi pakistanlı, biri isə indoneziyalı olmaqla üç heyət üzvü həlak olub.
Bab əl-Məndəb boğazı Yəmən ilə Ərəbistan yarımadası arasında yerləşir, Qırmızı dənizi Ədən körfəzi və Hind okeanı ilə birləşdirir. Bu, əsas beynəlxalq dəniz yollarından biridir. İyulun sonunda Yəmənin şimalını idarə edən “Ənsar Allah” (husi) hərəkatı rəsmi olaraq Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan edib. Bu qərar Səna hava limanına Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın endirdiyi zərbəyə cavab olaraq qəbul edilib.










