#Dünya

Hörmüz boğazında daha bir gəmi minaya düşüb

Hörmüz boğazından icazəsiz keçməyə çalışan daha bir gəmi minaya düşüb. 

Xəbər Experti xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, qadağan olunmuş və təhlükəli zona kimi təsvir edilən Hörmüz boğazının şərq bölgəsindən keçməyə çalışan bir tanker əvvəlcə minaya düşüb, zərər görüb, daha sonra isə gəmidə yanğın baş verib.

Məlumatda həmçinin qeyd edilib ki, Hörmüz boğazı İran tərəfi ilə koordinasiya olmadan keçməyə çalışan tankerlər və gəmilər üçün təhlükəsiz deyil. Təhlükəsiz keçmək istəyənlər İran Silahlı Qüvvələri ilə koordinasiya etməlidirlər.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir