“Hörmüz boğazı minalardan tamamilə təmizlənib” – Kuper
“ABŞ hərbçiləri Hörmüz boğazını minalardan tamamilə təmizləyiblər”.
Xəbər Experti xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper bildirib.
Kuperin sözlərinə görə, ABŞ son bir neçə ay ərzində təxminən 1,5 min gəminin Hörmüz boğazından keçməsini təmin edib.
“ABŞ hərbçiləri Hörmüz boğazında mühüm nəticə əldə ediblər. Biz bir neçə ay əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən yerləşdirilmiş dəniz minalarından boğazdakı beynəlxalq gəmiçilik marşrutlarını uğurla təmizləmişik”, – amerikalı admiral bildirib.
Onun sözlərinə görə, boğazdakı beynəlxalq səviyyədə tanınmış gəmiçilik marşrutları artıq İranın dəniz minalarından azaddır və bu, ABŞ hərbçilərinin gördüyü iş sayəsində mümkün olub.
Kuper, həmçinin bildirib ki, son aylarda ABŞ qüvvələrinin koordinasiyalı mühafizəsi altında təxminən 1,5 min kommersiya gəmisi boğazdan keçib. Bu gəmilər dünya bazarlarına çatdırılmaq üçün təxminən 750 milyon barrel xam neft daşıyıb.









