#Dünya

Hindistan husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib

Hindistan Səudiyyə Ərəbistanının hava limanlarına husilər tərəfindən həyata keçirilən və ən azı üç nəfərin ölümü ilə nəticələnən hücumları pisləyib. 

Xəbər Experti xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında deyilir.

Hindistan XİN mülki infrastruktura edilən hücumların qəbuledilməz olduğunu bildirib.

“Biz Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti ilə həmrəyliyimizi və dəstəyimizi ifadə edirik”, — bəyanatda qeyd olunub.

Husilərin Səudiyyə Ərəbistanındakı Abha Beynəlxalq Hava Limanına və Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumları nəticəsində üç nəfər ölüb, 36 nəfər  yaralanıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir