Maduronun həyat yoldaşı həbsxanada infarkt keçirib
ABŞ-da həbsdə saxlanılan Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Flores həbsxanada infarkt keçirib.
Xəbər Experti xəbər verir ki, bu barədə “Associated Press” Floresin vəkillərinə istinadən məlumat yayıb.
69 yaşlı Floresin nümayəndələrinin sözlərinə görə, o, iyul ayında infarkt keçirib. Onlar bildiriblər ki, keçmiş birinci xanımın həbsxana şəraitində müalicəsi mümkün olmayan ürək problemləri var. Həmçinin qeyd olunub ki, saxlanıldığı müddətdə o, 11 kiloqram çəki itirib.
Vəkillər Floresin ev dustaqlığına buraxılması üçün müraciət edəcəklərini bildiriblər.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Maduronu və həyat yoldaşını saxlayaraq ölkəyə aparıb. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub Dairəsi üzrə federal məhkəmə qarşısına çıxarılıblar və narkotik ticarəti ilə əlaqəli ittihamlar irəli sürülüb. Maduro və Flores təqsirlərini qəbul etməyiblər.
Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini Maduro administrasiyasında ölkənin vitse-prezidenti vəzifəsini tutmuş Del¬si Rodriges həyata keçirir.










