Füzulinin iki kəndində güclü yanğın başlayıb
Füzuli rayonunun Seyid Əhmədli və Molla Məhərrəmli kəndləri ərazisindəki açıq sahədə güclü yanğın qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Füzuli və Cəbrayıl rayonlarından olan yanğınsöndürmə qüvvələri cəlb olunub.
Hazırda yanğının genişlənməsinin qarşısını almaq və söndürmək istiqamətində əməliyyatlar davam etdirilir. Yanğının başvermə səbəbi və dəymiş ziyanın həcmi aparılan araşdırmalardan sonra bəlli olacaq.










