Fransanın 4 şəhərində etirazlar qadağan edildi
Ötən həftə sonu Fransada keçirilən etirazlar zamanı baş verən zorakılıq və talanlardan sonra bu gün Paris, Lill, Lion və Qrenobl şəhərlərində nümayişlər qadağan edilib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, yaşayış xərclərinin yüksək olması və alıcılıq qabiliyyətinin azalması səbəbindən ötən həftə sonu keçirilən etirazlar zamanı baş verən zorakılıq və talanlardan sonra Fransada təhlükəsizlik tədbirləri artırılıb.
Paris polisi yerli vaxtla saat 08:00 ilə 20:00 arasında paytaxtın müəyyən ərazilərində toplantı və nümayişlərin qadağan edilməsi barədə qərar qəbul edib. Bildirilib ki, qadağa Yelisey Sarayını, Bastiliya və Respublika Meydanını, hər iki parlament binasını, Luvr Muzeyini və Şanzelize küçələri də daxil olmaqla bəzi turizm zonalarını əhatə edir.










