#Ölkə

Bakıda yeni metro stansiyanın adı “20 Sentyabr” olacaq

Bakıda “20 sentyabr” metro stansiyası olacaq.

Xəbər Experti-nin xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası “20 Sentyabr” adlandırılıb.

Bakı Şəhər İcra Hakimiyyəti və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir