“Turan Tovuz”un rəqibi bilindi

Yeni mövsümə Türkiyədə hazırlaşan “Turan Tovuz”un yoxlama oyunlarındakı rəqiblərindən biri bəlli olub. Xəbər Experti xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bölgə təmsilçisi iyulun 17-də İranın 21 yaşlılardan ibarət yığma komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda 3 ölkənin nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də Suriya Ərəb Respublikasının informasiya naziri Xalid Favaz Zaarur və nazirin rəqəmsal media işləri üzrə müavini Məhəmməd Tafran ilə görüşüb. Xəbər Experti xəbər verir ki, görüşdə Azərbaycanla Suriya arasında ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla […]

“İran heç vaxt ABŞ-la imzalanmış memorandumu pozmayıb” – Bəqayi

“İran ABŞ ilə imzalanmış memorandumun müddəalarını heç vaxt pozmayıb, onların yerinə yetirilməməsinə görə Vaşinqton tam məsuliyyət daşıyır”. Xəbər Experti xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi bildirib.  O deyib ki, İran heç vaxt öhdəliklərin pozulmasına təşəbbüs göstərməyib. “İran bütün danışıqlarda dəqiqlik və ciddilik nümayiş etdirib. Razılaşmaları ardıcıl olaraq pozan tərəf Amerikadlr”, […]

Aİ Sudandan qızıl idxalına tam qadağa tətbiq edib

Avropa İttifaqı Sudandan qızıl tədarükünə və qızıl yataqlarının işlənməsində istifadə olunan civə və sianidin bu ölkəyə ixracına tam qadağa qoyub. Xəbər Experti xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib “Aİ Şurası Sudanda hasil olunan qızılın satın alınmasına, idxalına və ya ötürülməsinə qadağa tətbiq edib. Həmçinin, qızıl hasilatında geniş istifadə olunan civə və sianidin […]

Hikmət Hacıyev Şuşada “Tiktok” və “Linkedin”in məsul şəxsləri ilə uşaqların onlayn qorunması məsələlərini müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində bir sıra sosial media şəbəkəsinin məsul şəxsləri ilə görüşüb. Xəbər Experti xəbər verir ki, o, bu barədə özünün “X” sosial media hesabında yazıb. “TikTok”un Şərqi Avropa üzrə hökumətlə əlaqələr və ictimai siyasət departamentinin rəhbəri Diana Ryan, “Linkedin”in […]

Ağdam, Ağdərə və Xocavənddə əməyin mühafizəsinə dair 18 tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi işğaldan azad edilmiş ərazilərdə əməyin mühafizəsinə dair növbəti maarifləndirmə tədbirləri keçirib. Xəbər Experti-ə nazirlikdən verilən məlumata görə, Ağdam, Ağdərə və Xocavənd rayonlarında 62 müəssisədə keçirilən 18 tədbirdə həmin müəssisələrin işəgötürənlərinin nümayəndələrindən və işçilərindən ibarət 690 nəfər iştirak edib. Bildirilib ki, tədbirlərdə Xidmətin, Azərbaycan Respublikasının Minatəmizləmə […]

Prezident İlham Əliyev Şuşa Forumunda BMT-də islahatlar məsələsinə toxunub

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı BMT-də islahatlar məsələsinə toxunub. Xəbər Experti xəbər verir ki, Azərbaycanın bu məsələ ilə bağlı öz rolunun olduğunu bildirən dövlətimizin başçısı deyib: “Qoşulmama Hərəkatının sədri olaraq biz islahatlarla bağlı öz versiyamızı təklif etdik. Çünki bu, əhatəli olmalıdır və təmsilçilik səviyyəsində, lazımi səviyyədə olmalıdır. Təklifimiz ondan ibarətdir […]

Prezident: “Bu gün Azərbaycan cəmiyyətindəki birliyə oxşar mənzərə tapmaq çətindir”

“Ancaq özümüzə və dövlətə güvənməliyik. Birliyimiz heç vaxt sarsılmamalıdır. Bu gün Azərbaycan cəmiyyətindəki birliyə oxşar mənzərə tapmaq çətindir”. Xəbər Experti xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda səsləndirib. Dövlətimizin başçısı dünyanın dəyişdiyini, yeni təhdid və təxribatların ortaya çıxdığını bildirərək, Azərbaycana qarşı olan qüvvələrin heç vaxt öz niyyətlərindən əl çəkməyəcəklərini […]

İlham Əliyev: “Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir”

“Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir. Keçmişdə də belə olmuşdur. Keçmişdə bu, siyasi xarakter daşıyırdı. Biz bunun öhdəsindən uğurla gəldik”. Xəbər Experti xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda səsləndirib. Dövlətimizin başçısı deyib ki, bu gün isə bu avantüralar daha ciddi və təhdidedici xarakter daşıyır. […]

Binəqədidə ödəmə terminalından oğurluq edən 2 nəfər tutulub

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən marketlərin birində ödəmə terminalından oğurluq edilib. Xəbər Experti xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar 33 yaşlı Eldar Zeynalov və 30 yaşlı Tahib Əmiraslanov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla məlum olub ki, onlar gecə saatlarında rayonun 28 May qəsəbəsindəki marketdə ödəmə […]