Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib
Bu gün Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi olub. Xəbər Experti APA-ya istinadən xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, AYB nümayəndələri, Türk dünyasından yazıçı və şairlər iştirak ediblər. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin qarşısında […]








