Şuşada “Sözün aşığı, sazın aşiqi” adlı musiqili-ədəbi tədbir təşkil edilib
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 17-də Şuşada “Sözün aşığı, sazın aşiqi” adlı musiqili-ədəbi tədbir təşkil olunub. Tədbir Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünə həsr edilib. Tədbirdə çıxış edən Aşıq Ələsgərin kötücəsi Aysel Zahidqızı belə bir zəngin irsin daşıyıcısı olmağın üzərinə böyük […]








