#Dünya

Belçikada qazon sulayanlar cərimə olunacaq

Şima kommunasında qazon sulamağa və hovuz doldurmağa görə cərimə tətbiq olunmağa başlayıb.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, qaydaları pozanlar 350 avro cərimə ediləcəklər.

Ümumiyyətlə, Belçikanın 10 fərqli kommunasında bu tip qadağalar bir müddətdor ki, qüvvədədir. Səbəb isə anomal istilər üzündən su qıtlığının yaranmasıdır. Amma Şimada vəziyyət daha qəlizdir. 

Kommuna burqomistri Tanqi Dardennin bildiriyinə görə, qrunt sularının səviyyəsi kritik səviyyəyə enib. Bu üzdən sözügedən qadağalar tətbiq olunub və azı avqustun 31-ə kimi qüvvədə qalacaq.

Qeyd edək ki, bənzər qadağalar Sloveniyada da tətbiq olunmağa başlanılıb. Belə ki, ölkənin 16 əyalətində bağ və qazonları sulamaq, hovuzları doldurmaq, avtomobilləri yumaq yasaqlanıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir