#Ölkə

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub

Bakı Dövlət Universitetinin (BDU) Arxeologiya Tədris-Tədqiqat Mərkəzi Cənubi Qafqazın ən mühüm paleolit abidəsi olan Azıx mağarasındakı beynəlxalq layihədə iştirak edir.

BDU-dan bildirilib ki, 2024-cü ildən AMEA və Almaniyanın Leybnits Arxeologiya Mərkəzi (LEIZA) tərəfindən başladılan tədqiqatlara Portuqaliya, Danimarka, Polşa və Norveç universitetlərinin alimləri də cəlb olunub. BDU mərkəzinin direktoru Aslan Qasımov layihənin ilk mövsümündən qazıntı sahələrində supervayzer kimi fəaliyyət göstərir. Qazıntılar zamanı yeni keramika nümunələri, daş alətlər və sümük qalıqları aşkarlanıb. Tapıntıların bərpası və analizi BDU-nun Qabaqcıl Materialşünaslıq Mərkəzinin imkanları ilə arxeometrik metodlar əsasında aparılacaq.

Layihə gənc tədqiqatçıların və tələbələrin beynəlxalq elmi mühitə inteqrasiyasına şərait yaradacaq. Bu əməkdaşlıq Azərbaycanın zəngin arxeoloji irsinin müasir multidissiplinar metodlarla öyrənilməsinə və ölkə arxeologiyasının dünyada tanıdılmasına mühüm töhfədir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir