#İdman

Azərbaycan millisi Haitiyə uduzdu

Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan dünya çempionatı və festivalında növbəti oyununa çıxıb.

Xəbər Experti xəbər verir ki, yığmamız günün ikinci matçında Haiti millisi ilə qarşılaşıb və 0:4 hesabı ilə uduzub. Bundan öncə Famil Xəlilovun baş məşqçi olduğu millimiz İsrail yığması ilə üz-üzə gəlib və 3:1 hesabı ilə qalib gəlib.


Beləliklə, Azərbaycan millisi qrupda 3-cü yeri tutub və 65-96-cı yerlər uğrunda pley-off oyunlarında iştirak edəcək.

Xatırladaq ki, U-15 millimiz daha əvvəl Şərqi Timor yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir