Almaniyada anomal istilər üzündən 10 min insan ölüb
Anomal istilər üzündən Almaniyada 9800 insan dünyasını dəyişib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bu rəqəmin statistikanın aparıldığı 2016-cı ildən bu yana ən yüksək göstərici olduğu, üstəlik, göstəricinin iyulun 19-a kimi hesablandığı da bildirilir.
Dünyasını dəyişənlərin üzərində aparılan pataloji-anatomiya müayinəsindən sonra onlardan 10 minə yaxınının ölümünə məhz istilərin səbəb olduğu üzə çıxıb. Konkret olaraq ölüm səbəblərinə əsasən günvurma, ürək və tənəffüs çatışmazlığı, qızdırma daxildir.










