#Ölkə

Azərbaycan və Qətər parlamentləri arasındakı əlaqələr müzakirə olunub

Azərbaycan və Qətər parlamentləri arasındakı əlaqələr müzakirə olunub.

Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycanın Qətərdəki səfirliyi “X” sosial media hesabında məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycanın Dohadakı səfiri Adış Məmmədov bu ölkənin Qətər Dövləti Şura Məclisinin sədri Həsən bin Abdulla Əl-Qanim ilə görüşüb.

Görüşdə iki ölkənin parlamentləri arasındakı əlaqələr və onların gələcək inkişaf perspektivləri müzakirə edilib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir