#Dünya

Zimbabvedə bərənin aşması nəticəsində ölü sayı 44-ə çatdı

Dünən Kariba gölündə sərnişin bərəsinin aşması nəticəsində ölü sayı 44-ə çatıb.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, 27 nəfər itkin düşüb.

Başqa bir mənbənin məlumatına görə, itkin düşənlərin sayı 70-dən çoxdur. 80-ə yaxın sərnişin xilas edilib. Qeyri-dəqiqliyin səbəbi bərədəkilərin sayının bəlli olmamasıdır. Belə ki, 90 nəfər üçün nəzərdə tutulan bərədə qəza anında 160-a yaxın sərnişinin olduğu bildirilir. 

Ərazidə xüsusi avadanlıqlarla təchiz olunmuş dalğıclar xilasetmə əməliyyatı aparır. Əməliyyata katerlər və helikopter də cəlb olunub. Ölü sayının daha da artacağı dəqiqdir. Bərənin qəzaya uğramasının səbəbləri də həmçinin – güclü külək və həddən çox yüklənmə.

Yeri gəlmişkən, Zimbabve prezidenti Emmerson Mnanqaqva hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib və qəzanı milli faciə adlandırıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir