#Futbol

Yığmamız Qırğızıstana uduzdu

Azərbaycanın U-17 qızlardan ibarət milli komandası növbəti dəfə Qırğızıstan yığması ilə qarşılaşıb.

Xəbər Experti xəbər verir ki, Bişkek şəhərində baş tutan yoldaşlıq görüşü Qırğızıstan millisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Milli komandamızın heyətində yeganə qolu Xədicə Rəhimova vurub. 

Qeyd edək ki, hazırda Qırğızıstanda təlim-məşq toplanışında olan U-17 millimiz avqustun 30-da bu ölkənin yığmasına 0:3 hesabı ilə məğlub olub.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir