Yaponiyada yenidən zəlzələ oldu
Yaponiyanın Kumamoto bölgəsində 5.8 bal gücündə zəlzələ baş verib.
Xəbər Experti xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Zəlzələdən sonra tələfat və ya dağıntılar barədə məlumat verilməyib. Eləcə də sunami təhlükəsi elan olunmayıb.
Xatırladaq ki, dünən Yaponiyada 7.1 bal gücündə zəlzələ baş verib.










