Paşinyan sabiq səfiri aparat rəhbəri təyin edəcək
Ermənistanın ABŞ-dakı sabiq səfiri Lilit Makunts Baş nazirinin aparat rəhbəri təyin ediləcək.
Xəbər Experti xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan brifinqdə bildirib.
O deyib ki, Lilit Makuntsun bu vəzifəyə təyin edilməsi barədə qərar var.
Makunts 29 avqust 2025-ci ildən Paşinyanın baş müşaviri vəzifəsində çalışır. 2021-2025-ci illərdə ABŞ-da səfir olub.
Hazırda aparat rəhbəri vəzifəsini 1 iyul 2021-ci ildən bəri Arayik Harutyunyan tutur.










